Bank Of Baku

AİDS-in yayılmasının qarşısının alınması haqqında qanunun monitorinqi və təkmilləşdirilməsinə dair iclas keçirilib

AİDS-in yayılmasının qarşısının alınması haqqında qanunun monitorinqi və təkmilləşdirilməsinə dair iclas keçirilib
# 27 noyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət daimi komissiyasında “İnsanın İmmun Çatışmazlığı Virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunun monitorinqi və təkmilləşdirilməsinə dair əlaqədar icra strukturlarının iştirakı ilə geniş tərkibdə iclas keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda məsələnin aktuallığını önə çəkən komissiyanın sədri Hadi Rəcəbli bildirib ki, immun çatışmazlığı kimi qorxulu xəstəliklərin geniş yayılması cəmiyyəti narahat edən ən ciddi problemlərdəndir: “1996-cı ildə Azərbaycan MDB-də birinci olaraq “AİDS-in yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edib. Lakin hazırda bu qanunun bir çox müddəaları günün tələblərinə cavab vermir. Mövcud problemlə səmərəli mübarizə aparmaq üçün qanunverici bazanın təkmilləşdirilməsi vacibdir. Buna görə də deputatlardan, hökumət üzvlərindən və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb, qrupa rəhbərlik deputat Musa Quliyevə həvalə olunub”.
H. Rəcəbli deyib ki, qrup qanunun monitorinqini genişləndirəcək, analoji qanunlarla bağlı beynəlxalq təcrübə öyrəniləcək. Bundan sonra yeni qanun layihəsi hazırlanaraq Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR