Bank Of Baku

Bakıda qadınlara qarşı zorakılıqla bağlı konfrans keçirilib

Bakıda qadınlara qarşı zorakılıqla bağlı konfrans keçirilib
# 27 noyabr 2008 11:52 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və BMT-nin Əhali Fondunun təşəbbüsü ilə 25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə gününə həsr olunmuş konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadınlara qarşı zorakılığının əsas səbəbləri maddi və psixoloji asılılıq, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin aşağı olmasıdır. Qadınların zorakılığın qurbanına çevrilməməsi üçün hüquqi bazanın yetərli olduğunu deyən H. Hüseynova real həyatda bəzən hüquq normalarına əməl olunmadığını söyləyib. Komitə sədrinin sözlərinə görə, “Məişət zorakılığı haqqında” qanun layihəsi artıq bütün dövlət və qeyri-dövlət strukturları ilə razılaşdırılaraq Milli Məclisə təqdim olunub.

BMT-nin Əhali Fonunun Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə üzrə direktoru Per Siben isə bildirib ki, qadınlara qarşı zorakılıqla bağlı bir sıra qanunların və konvensiyaların qəbul olunmasına baxmayaraq, bu, hələ də qlobal problem olaraq qalır. Bütün dünya üzrə ölüm halları sırasında zorakılıqdan ölən qadınlar 10-cudur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqram üzrə departament müdiri Ayaz Xan isə Azərbaycanda qadınlara qarşı zorakılığın ləğvi istiqamətində ciddi nailiyyətlər əldə edildiyini vurğulayıb: “Hökumət bu istiqamətdə Milli Fəaliyyət Planı müəyyənləşdirib və beynəlxalq konvensiyalara qoşulub. İndi isə hüquq normalarının qadınların həyatına tətbiq olunmasının vaxtıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR