Bank Of Baku

Gələn ildən qadın zorakılığına qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçiriləcək

Gələn ildən qadın zorakılığına qarşı mübarizə sahəsində ciddi tədbirlər həyata keçiriləcək
# 27 noyabr 2008 11:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Heydər Əliyev Fondunun dəstəyi ilə bütün ölkə üzrə qadın zorakılığının aşkarlanması ilə bağlı monitorinqlər keçirir. APA-nın məlumatına görə, bu barədə komitə sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, monitorinqlərin nəticəsi aşkarlanandan sonra gələn ildən qadın zorakılığı ilə mübarizə sahəsində ciddi tədbirlər həyata keçiriləcək. Komitə sədri bildirib ki, son iki ildə aparılan maarifləndirmə tədbirləri nəticəsində artıq insanlar əvvəllər qapalı saxlanmağa üstünlük verilən faktlar barədə danışmağa başlayıblar. H. Hüseynovanın sözlərinə görə, tədbirlər çərçivəsində uşaq evlərini tərk edən yeniyetmə qızlar üçün iş yerləri də tapılacaq: “Həmin qızları üçün yaşayış və iş yerləri təşkil etmək lazımdır. Bu, çox ciddi bir problemdir. Çünki həmin qızların bir çoxu yaşayış və iş yeri olmadığından sonradan insan alverinin qurbanlarına çevrilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR