Bank Of Baku

Gəncədə qara ciyər, mədəaltı vəzi xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr edilən beynəlxalq konfrans keçirilib

Gəncədə qara ciyər, mədəaltı vəzi xəstəliklərinin diaqnostikası və müalicəsinə həsr edilən beynəlxalq  konfrans keçirilib
# 27 noyabr 2008 12:55 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Səhiyyə Nazirliyinin, Türk Qastroenteroloji Vəkfinin, Azərbaycan Cərrahlar və Qastroenteroloqlar Cəmiyyətinin, Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə qara ciyər, mədəaltı vəzi xəstəliklərinin müasir diaqnostikası və müalicəsinə həsr edilən beynəlxalq konfrans keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, konfransda hepatit, mədəaltı vəzi, qara ciyər sirrozu, qara ciyər çatışmazlığı, xərçəng, bağırsaqların bəzi xəstəliklərinin müasir müayinə və müalicə üsulları, qara ciyər köçürülməsinin, endoskopik cərrahiyyənin müayinələrinin bəzi xüsusiyyətləri müzakirə olunub.
Türkiyəli mütəxəssis Ömər Özütemiz APA-nın əməkdaşına deyib ki, Türkiyə mütəxəssisləri hepatit virusunun müalicəsində xeyli irəliləyiş ediblər. O bildirib ki, konfransda müzakirə olunan sahələr üzrə Azərbaycan və Türkiyə həkimləri bir araya gəlsə, tibb sahəsində böyük nailiyyətlər əldə edilər. Tədbirdə Gəncə ətrafı rayonların aparıcı mütəxəssisləri iştirak ediblər. Konfrans işini noyabr 29-da Bakıda davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR