Bank Of Baku

Bakıda ““Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda ““Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq konfrans keçirilir
# 28 noyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakıda ““Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə keçirilən ikigünlük konfransın məqsədi eramızın əvvəllərində Böyük İpək Yolunun bir hissəsi olan unikal su ticarət yolunun öyrənilməsi ilə bağlı məsələlərin elmi müzakirəsindən ibarətdir. Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, bu ticarət yolu Mərkəzi Asiya ərazisindən, Xəzər dənizindən, Cənubi Qafqaz və Kür çayı vasitəsilə Azərbaycan və Gürcüstan ərazilərindən keçərək, hələ iki min il əvvəl öncə Çin və Hindistandan başlayaraq, Qara dəniz və Aralıq dənizi hövzələrində yaşayan xalqları bir-birinə iqtisadi, ticari və mədəni əlaqələrlə birləşdirirdi. Ticarət yolu daha çox tarixçi Strabon tərəfindən tədqiq olunduğuna görə, elmi ədəbiyyatda “Strabon yolu” kimi tanınır. M. Kərimovun sözlərinə görə, “Strabon yolu” istər arxeoloji qazıntılar, istərsə də tarixi tədqiqatlar baxımından kifayət qədər araşdırılmayıb. Ona görə də keçirilən konfrans “Strabon yolu”nun kompleks öyrənilməsi üçün geniş miqyaslı beynəlxalq elmi layihənin ilk addımı kimi dəyərləndirilə bilər. M. Kərimov bildirib ki, hazırda Azərbaycanda həyata keçirilən Asiya-Avropa ticarət və nəqliyyat layihələri dərin tarixi köklərə malikdir və ən qədim zamanlardan Şərqlə Qərbi birləşdirən yollar Azərbaycan ərazisindən keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR