Bank Of Baku

Polşa səfiri Samux rayonuna səfər edəcək

Polşa səfiri Samux rayonuna səfər edəcək
# 28 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski dekabrın 5-də Samux rayonuna səfər edəcək. Səfir APA-ya açıqlamasında Samux rayonun Sarıqamış kəndində səfirliyin Heydər Əliyev Fondu ilə birgə layihəsi əsasında inşa edilən məktəblə tanış olacağını bildirib. Diplomat müasir tələblərə cavab verəcək məktəbin tikintisinin bitmək üzrə olduğunu deyib.

Qeyd edək ki, məktəb Polşa Xarici İşlər Nazirliyinin “Polşa yardımı” (“Polish aid”) proqramı çərçivəsində ayrılan vəsait hesabına inşa olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR