Bank Of Baku

Mahmud Kərimov: “Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikləri aparılacaq” - EKSKLÜZİV

Mahmud Kərimov: “Azərbaycan Milli Elmlər Akademiyasında struktur və kadr dəyişikləri aparılacaq” - <font color=red>EKSKLÜZİV</font>
# 28 noyabr 2008 10:30 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Hazırda AMEA-nın 9 minə yaxın işçisi olduğunu bildirən M. Kərimov ixtisarların hər hansı mexanizmə söykənməsini vacib hesab edir: “Hər hansı işçini elə-belə ixtisar edib küçəyə ata bilmərik. Lakin işçilərin sayını bəlli həddə gətirmək olar”.

M. Kərimov bildirib ki, gələn il AMEA işçilərinin qismən attestasiyası gözlənilir: “Mən bu gün elmi işçilərin sayının həddən artıq olduğunu demirəm. Ancaq onların arasında fəal işləyənlərlə yanaşı, zəif işləyənləri də var. Bu baxımdan attestasiya edib, işçini başqa vəzifəyə, yaxud başqa işə dəvət etmək olar”. AMEA prezidentinin sözlərinə görə, Akademiyada attestasiyalar mütəmadi keçirilsə də, bəzən bu attestasiyalar formal xarakter daşıyır: “Attestasiya yalnız işçiləri bir vəzifədən digərinə, ya yuxarı, ya da aşağı vəzifəyə keçirmək imkanı verir. Yəni, faktiki olaraq işçilər öz vəzifələrində qalırlar, attestasiya ixtisarlara imkan yaratmır. İşdən azad olunmaq üçün hansısa başqa qaydalar olmalıdır. İndi biz onun üzərində işləyirik”.

M. Kərimov hazırda AMEA-da işçilərlə bir illik müqavilə sisteminin tətbiq olunduğunu deyib: “Əgər işçi bir il müddətində öz vəzifəsinin öhdəsindən gəlmirsə, ona həvalə olunan tapşırıqları icra edə bilmirsə, həmin işçi ilə növbəti il kontrakt bağlanmayacaq”.

M. Kərimov artıq AMEA Rəyasət Heyətinin üzvləri və bir neçə institutun əməkdaşları ilə bir illik müqavilələrin bağlandığını bildirib: “Gələn il yanvarın 1-dən Akademiya işçiləri ilə müqavilələrin bağlanması davam edəcək. Qısa müddətli kontrakt sistemi bu sahədəki problemləri tənzimləmək üçün bəlkə də ən əlverişli variant olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR