Bank Of Baku

Almaniyalı iş adamları Zaqatalaya gəlib

Almaniyalı iş adamları Zaqatalaya gəlib
# 28 noyabr 2008 10:32 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov-APA. Bu gün Almaniya Federativ Respublikasının (AFR) İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin əməkdaşı Yurqen Zoll və bir qrup Almaniyalı iş adamı Zaqatalaya səfər edib. Bu bərədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Almaniyalı qonaqlar Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla görüşüblər. A. Əsgərov qonaqlara Zaqatalada turizmin inkişaf etdirilməsi üçün maddi-texniki baza olduğunu bildirib. Yurqen Zoll və almaniyalı iş adamları Zaqatalanın tarixi abidələri, bir sıra mənzərəli yerləri ilə tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR