Bank Of Baku

Ağdaşda istehsal olunan meyvə-tərəvəzin 60 faizindən çoxu MDB ölkələrinə göndərilib

Ağdaşda istehsal olunan meyvə-tərəvəzin 60 faizindən çoxu MDB ölkələrinə göndərilib
# 29 noyabr 2008 00:46 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov-APA. Ağdaşda istehsal olunan meyvə-tərəvəzin 60 faizindən çoxu MDB ölkələrinə göndərilib. Ağdaş rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayon fermerləri bu il 3681 hektar sahədə tərəvəz yetişdiriblər. Onlar bu günədək 50 min 802 ton məhsul toplayıblar. Qeyd olunub ki, hazırda rayonda 1232 hektar sahədə meyvə bağı mövcuddur. Təkcə bu il 250 hektar sahədə yeni meyvə bağı salınıb. Bu günədək bar verən sahələrdən 15 min 670 ton meyvə yığılıb. Meyvə-tərəvəz məhsullarının toplanışı davam etdirilir. Bu il rayonda istehsal edilən meyvə-tərəvəzin 60 faizindən çoxu Rusiya, Ukrayna, Belarus və Gürcüstana ixrac edilib. Bu məhsullar arasında pomidor, xiyar, xurma, nar və alça üstünlük təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR