Bank Of Baku

Azərbaycanda Tibbi Sosial Ekspert Komissiyalarında islahatlar aparılacaq

Azərbaycanda Tibbi Sosial Ekspert Komissiyalarında  islahatlar aparılacaq
# 28 noyabr 2008 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ölkədəki Tibbi Sosial Ekspert Komissiyalarında (TSEK) islahatlar aparacaq.
«APA-Economics»in məlumatına görə, ƏƏSMN-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Sultanov bildirib ki, gələn ildən başlanılacaq islahatlar 2014-cü ilədək davam edəcək. Artıq bununla bağlı strateji fəaliyyət planı hazırlanıb. Bu islahatlara uyğun olaraq, əlilliyin təyin edilməsi sahəsində əsaslı dəyişiklər ediləcək, yeni əlillik meyarları tətbiq ediləcək. Bundan əlavə, TSEK nəzdində tədqiqatçılardan ibarət monitorinq qrupu yaradılacaq. Bu qrup əlilliyin təyin edilməsi prosesini izləyəcək.
Həmçinin, TSEK-in işçi heyəti artırılacaq, əlillərin məşğulluğunu təmin etmək üçün modul proqramlar həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR