Bank Of Baku

Bakı Dövlət Universitetində Rus Mərkəzi açılıb

Bakı Dövlət Universitetində Rus Mərkəzi açılıb
# 28 noyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakı Dövlət Universitetində Rus Mərkəzinin açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində BDU-nun rektoru Abel Məhərrəmov, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov və “Russkiy Mir” Fondunun icraçı direktoru Vyaçeslav Nikonov da iştirak ediblər.

Qeyd edək ki, 2007-ci ildə Rusiya prezidentinin fərmanı ilə yaradılmış “Russkiy mir” Fondu rus dili və ədəbiyyatının təbliğinə yönəlmiş rus mərkəzlərinin yaradılması işini həyata keçirir. Bu mərkəzlər açıldığı an 1000-dən artıq adda kitabla təmin olunur, sonradan isə fəaliyyəti daha da genişləndirilir. Mərkəzlərə gələnlər Rusiya media orqanlarının elektron versiyası ilə pulsuz tanışlıq imkanları əldə edirlər. Mərkəzlərdə həmçinin sərgilərin, seminarların, yaradıcılıq görüşlərinin, rus dili kurslarının təşkili nəzərdə tutulur. Hazırda Belçika, Yaponiya, ABŞ, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistanda belə mərkəzlər fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR