Bank Of Baku

Yaxın 2-3 ildə Azərbaycanda 17-dək yeni sosial obyekt istifadəyə veriləcək

Yaxın 2-3 ildə Azərbaycanda 17-dək yeni sosial obyekt istifadəyə veriləcək
# 28 noyabr 2008 12:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti 2-3 il ərzində 17-ə yaxın yeni sosial obyekt istifadəyə verəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.
Nazirin sözlərinə görə, yeni obyektlər yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial adaptasiya, sığınacaq mərkəzləri, gözdən əlillərin reabilitasiya, Çernobl əlillərinin sosial-tibbi reabilitasiyası mərkəzləri olacaq.
F.Ələkbərov bildirib ki, nazirlik həm də sosial xidmətlərin çeşidlərini artıracaq, bu xidmətlərin mahiyyəti və keyfiyyəti tamamilə dəyişdirəcək.
Nazirin bildirdiyinə görə, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əhalinin 2/3 hissəsi qeydiyyatsız çalışır. Bu da nəticədə həmin şəxslərin pensiya təyinatında problemlər yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR