Bank Of Baku

Gələn il əlilliyin yeni meyarları müəyyənləşdiriləcək

Gələn il əlilliyin yeni meyarları müəyyənləşdiriləcək
# 28 noyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Azərbaycanda 440 minə yaxın əlil var”. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Hümbətov deyib. O bildirib ki, son vaxtlar əlillərin sayında azalma müşahidə olunur. Bu da əvvəllər verilən qeyri-qanuni əlillik arayışlarının araşdırılıb ləğv olunması ilə bağlıdır: “Dünya ölkələrinin əhalisinin 6-8 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Bu da qəbul olunmuş bir rəqəmdir. Azərbaycanda isə bu rəqəm heç 5 faiz də təşkil etmir”.

İ. Hümbətov gələn il əlilliyin yeni meyarlarının müəyyən olunması ilə bağlı təkliflər verəcəklərini söyləyib: “Əlilliyin meyarları təsdiqləndikdən sonra “kimlərə əlil demək olar” sualına aydınlıq gətiriləcək və bu prosesdə obyektivlik təmin ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR