Bank Of Baku

Azərbaycanda Azad Qadın Hərəkatı elan olunub

Azərbaycanda Azad Qadın Hərəkatı elan olunub
# 28 noyabr 2008 14:48 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Azad Qadın Hərəkatı (AQH) yaradılıb. AQH-dən APA-ya verilən məlumata görə, bir qrup gənc xanım tərəfindən yaradılan hərəkat qısa müddət ərzində kütləvi kampaniyalar keçirmək niyyətindədir. Qeyd olunub ki, hərəkat Azərbaycanda qadın hüquqlarının müdafiə sahəsində bu günədək görülən işlərin gözlənilən nəticələri verməməsi ilə bağlı elan olunub. Bildirilib ki, qurum fəaliyyətini qadın haqq və azadlıqlarını sivil yollarla müdafiə etmək, kütləvi maarifləndirmə zamanı əsas haqq və azadlıqların təbliğ olunması, hər hansı bir ayrı-seçkiliyin və gender bərabərliyinin rədd edilməsi, kütləviliyin təmin olunması nəticəsində formalaşdırılmış stereotiplərin dağıdılmasına nail olmaq prinsipləri əsasında quracaq: “Azad Qadın Hərəkatının yaradılmasını vacib bildik və düşünürük ki, bu hərəkatın inkişafı üçün cəmiyyətin bütün sektorlarından dəstək olacaq”.
AQH-nin təsis konfransında Nigar Mustafayeva qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR