Bank Of Baku

Abel Məhərrəmov: «Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsi müzakirə edilmir»

Abel Məhərrəmov: «Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılması məsələsi müzakirə edilmir»
# 29 noyabr 2008 10:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. «Azərbaycanda ali məktəblərin hər hansı tanınmış şəxsin adını daşıması məsələsi ölkə rəhbərinin sərəncamı ilə aradan qaldırılıb. Hazırda isə Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetinə qaytarılması məsələsi müzakirə edilmir». APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov deyib.
A.Məhərrəmovun sözlərinə görə, hər zaman keçid dövrlərində BDU-nun adı dəyişdirilib: «Əvvəllər Lenin, sonra Kirov, müstəqillikdən sonra Rəsulzadənin adını daşıyıb. İndi isə adsızdır. Təbii ki, hər şeyi universitet özü həll edə bilməz. Universitet yalnız öz düşüncələrini ortaya qoya bilər ki, kimin adını daşımalıdır. Bu universitetin yaranması ilə bağlı öz iradəsini ortaya qoyanların biri də Rəsulzadə olub. Universitet Azərbaycanın ilk ali təhsil ocağıdır. Amma bu ali təhsil ocağının kimin adını daşıyacağını bu gün müzakirə etmirik və yəqin ki, yubiley ərəfəsində də belə müzakirə olmayacaq. Lakin lazım gələrsə, bu məsələ yenidən dövlət səviyyəsində müzakirə ediləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR