Bank Of Baku

Abel Məhərrəmov: “Əvvəllər BDU-da at oynadanlar var idi”

Abel Məhərrəmov: “Əvvəllər BDU-da at oynadanlar var idi”
# 29 noyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Mən rektorların seçki yolu ilə və ya təyinatla müəyyənləşməsindən narahat deyiləm. Bu məsələdən o rektor narahat ola bilər ki, işinin öhdəsindən gələ bilmir”. APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov ali məktəblərin rektorlarının seçki yolu ilə müəyyənləşməsi barədə təkliflərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rektorun seçki yolu ilə müəyyənləşməsi normal addım olar. Amma o bu məsələdə milli xüsusiyyətlərin nəzərə alınmasını vacibdir: “30 ildir universitetdə gedən proseslər gözümün qarşısındadır. Burada təyinatı da, seçkini də görmüşəm. Universitetdə bir dəfə seçki olub. O seçkinin davası hələ də gedir. O zaman seçki universiteti necə iki yerə böldüsə, 15 ildir onu bərpa edə bilmirik. İndi-indi qaydaya düşür. O zaman bəzi qruplar universiteti səhv yola apardılar. Ona görə də mən bu məsələdə milli xüsusiyyətlərin nəzərə alınmasının da tərəfdarıyam. Düşünürəm ki, “Təhsil haqqında” qanunda rektorların həm seçilə, həm də təyin oluna bilməsinin mümkünlüyü ilə bağlı müddəa olmalıdır. Hər şeyə fərqli yanaşılacaqsa, regionçuluq, millətçilik baxımından yanaşılmayacaqsa, o zaman seçki yolu ilə ola bilər. Məncə, bəzi düşüncələr tam formalaşmalıdır. Mən əvvəl keçirilən seçki prosesini görən adam kimi bu gün rektorun seçki yolu ilə müəyyənləşməsini hələlik məqbul saymıram”.

A. Məhərrəmov hazırda universitetdə hər hansı qarşıdurmanın olmadığını da qeyd edib: “Əvvəllər universitetdə müəyyən qütbləşmə olub. Amma indi qütbləşmə də yoxdur, regionçuluq da yoxdur. Hamı öz sözünü açıq şəkildə deyə bilir. Bu gün Universitetdə at oynadan da yoxdur. Burada ancaq təhsil at oynadır. Əvvəllər isə belə at oynadanlar var idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR