Bank Of Baku

Bakıda yeni yaşayış massivinin bir qrup sakini aksiya keçirməyə cəhd göstərib

Bakıda yeni yaşayış massivinin bir qrup sakini aksiya keçirməyə cəhd göstərib
# 29 noyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakının Rəsulzadə və Binəqədi qəsəbələrinin arasında yeni salınmış yaşayış massivinin bir qrup sakini kommunikasiya problemlərlə bağlı bu gün aksiya keçirməyə cəhd göstəriblər. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, 50-dək sakin Binəqədi şosesini bağlayıb. Lakin hadisə yerinə gələn Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onları dərhal ərazidən uzaqlaşdırıb. Aksiya iştirakçılarından olan Ariz Qocayev isə saxlanılıb.

Aksiya iştirakçıları bildiriblər ki, onlar yeni yaşayış massivinin qaz, su və işıq problemlərini öz hesablarına həll ediblər. Lakin bir neçə ildir bu ərazidə yaşayış olsa da, kanalizasiya və yol problemi həll edilməyib. Sakinlər aidiyyatı qurumların bu problemi həll etməsini istəyiblər.

Aksiya zamanı ciddi qarşıdurma qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR