Bank Of Baku

Azərbaycan ilk qış-yay turizm kompleksinin inşası üçün baş podratçı seçir

Azərbaycan ilk qış-yay turizm kompleksinin inşası üçün baş podratçı seçir
# 01 dekabr 2008 06:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi «Şahdağ» qış-yay turizm kompleksinin (Qusar rayonu) inşası üçün baş podratçının seçilməsi məqsədilə tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderin ilk mərhələsində iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İkinci mərhələyə buraxılacaq namizəd təklifi qəbul edildiyi təqdirdə 15 min manat həcmində əlavə məbləğ ödəməlidir.
Qeyd edək ki, «Şahdağ» qış-yay turizm kompleksinin inşasına 340 yerlik 4-ulduzlu otelin tikintisi, lift bazasının inşası, restoran, xizək məktəbi, lift dayanacaqlarının inşası, kanat yolları, kommunikasiya işlərinin yerinə yetirilməsi, süni qarlaşdırma sisteminin yaradılması və digər işlərin yerinə yetirilməsi daxildir.
Əlaqə telefonu: (+994 12) 465 09 45.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR