Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi fəaliyyətə başlayıb
# 01 dekabr 2008 08:17 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidmətində Miqrasiya Məlumat Mərkəzi (“Qaynar xətt”) yaradılıb. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən bildirilib. Məlumata görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun, habelə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi və bu kimi məsələlərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər Miqrasiya Məlumat Mərkəzinə müraciət edə bilərlər. Qeyd olunub ki, verilən məsləhətlər pulsuz və anonimdir.
Miqrasiya Məlumat Mərkəzinin qaynar telefon xətti (012) 561-87-54-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR