Bank Of Baku

Bu il Azərbaycanda 40-adək uşaq kitabı çap olunub

Bu il Azərbaycanda 40-adək uşaq kitabı çap olunub
# 01 dekabr 2008 09:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il Azərbaycanda 40-adək uşaq kitabı çap olunub. Bu barədə APA-ya Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bildirib. Onun sözlərinə görə, uşaq ədəbiyyatına aid kitabların yayılmasında problemlər var. Ona görə də YB məktəblərə yaxın ərazilərdə kitab köşklərinin qoyulması xahişi ilə çıxış edəcək. Q. Nəcəfzadə bildirib ki, uşaq şerlərinin və nağıllarının başqa ölkələrdə olduğu kimi disk halında çıxması, uşaqlara aid İnternet saytlarının olmaması da kiçik yaşlı oxucuların yeni yaranan ədəbiyyat nümunələri ilə tanışlığına maneə yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR