Bank Of Baku

Bu il Azərbaycanda AİDS-dən 39 nəfər ölüb

Bu il Azərbaycanda AİDS-dən 39 nəfər ölüb
# 01 dekabr 2008 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, barədə 1 Dekabr - Ümumdünya AİDS Günü ilə əlaqədar keçirilən mətbuat konfransında Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova deyib. Onun sözlərinə görə, onlardan 383 nəfəri Azərbaycan, 9 nəfəri əcnəbi vətəndaşdır. Həmin şəxslərin 308-i kişi, 75-i qadındır. İl ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46, AİDS-dən dünyasını dəyişənlərin sayı isə 39 nəfər olub. Hesabat müddətində 220 nəfər HİV-ə, inyeksion narkotik istifadəsi, 77 nəfər heteroseksual, 1 nəfər homoseksual kontakt nəticəsində, 4 uşaq anadan bu infeksiyaya yoluxub, 81 nəfərin yoluxma yolu isə müəyyənləşdirməkdədir.

H. Qədirova bildirib ki, ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin 1 dekabrınadək 1771 nəfər HİV-ə yoluxulub. Onlardan 1701 Azərbaycan, 70 nəfəri əcnəbidir. HİV-ə yoluxmanın daha çox inyeksion narkotik istifadəsi nəticəsində baş verdiyi müəyyənləşib. İndiyədək xəstəliyin AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarına sayı 338, AİDS-dən dünyasını dəyişən insanların sayı isə 232 nəfər olub.

H. Qədirovanın sözlərinə görə, son 16 il ərzində Azərbaycanda 589 ailədə HİV-ə yoluxma faktı aşkarlanıb. Onların 14-də ata, ana, uşaq, 125-də ər-arvad, 414-də yalnız kişi, 36-da yalnız qadın yoluxub.

Mərkəz direktoru bildirib ki, bu il ərzində Azərbaycanda HİV-ə yoluxma hallarının yüksək olduğu bölgələr arasında birinci yeri Şirvan tutur. Sonrakı yerlərdə isə Hacıqabul, Lənkəran, Sumqayıt, Astara, Yevlax gəlir. H. Qədirova onu da əlavə edib ki, dövlət il ərzində HİV-ə yoluxmuş insanların müalicəsinə istifadə edilən dərmanlardan asılı olaraq, 100-200 manatdan 8000 manatadək vəsait sərf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR