Bank Of Baku

Azərbaycanda əmək pensiyası alanların sayı 1,266 mln. nəfəri ötüb

Azərbaycanda əmək pensiyası alanların sayı 1,266 mln. nəfəri ötüb
# 01 dekabr 2008 12:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Hazırda Azərbaycanda 137 152 nəfər ailə başçısını itirməyə görə, 297 668 nəfər isə əlilliyə görə əmək pensiyası alır.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, ailə başçısını itirməyə görə əmək pensiyası alanların 19-u Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir. Bundan başqa, əlilliyə görə əmək pensiyası alan 297 668 nəfərin 22 336-sı I qrup, o cümlədən 7 617 nəfəri I qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4 615 nəfərdir.
Ümumilikdə, cari ilin oktyabr ayının 1-i vəziyyətinə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 266 338 nəfərə çatıb. Onlardan 494 755 nəfəri kişi, 771 583 nəfəri qadınlardır. Əmək pensiyaçıları olan 1 266 338 nəfərdən 123 243-ü işləyən pensiyaçılardır.
Qeyd edək ki, əmək pensiyasının üç növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) var. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir övladı olduqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100%-i məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50%-i məbləğində hesablanır.
Əlilliyə görə əmək pensiyası isə 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığorta olunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR