Bank Of Baku

Yaxın üç gün ərzində Azərbaycan ərazisində sabit hava şəraiti hökm sürəcək

Yaxın üç gün ərzində Azərbaycan ərazisində sabit hava şəraiti hökm sürəcək
# 01 dekabr 2008 12:57 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, dekabrın 2-3-də Bakı və Abşeron yarımadasında hava buludlu, əsasən yağmursuz keçəcək, şimal küləyi əsəcək. Gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Dekabrın 4-də hava dəyişkən buludlu, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 12-15 dərəcə olacaq.

Azərbaycanın rayonlarında dekabrın 2-də hava əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Dekabrın 3-4-də rayonlarda hava əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəyədək isti, gündüz 6-11 dərəcə isti qeydə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR