Bank Of Baku

“Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək” layihəsinin təqdimatı keçirilib

“Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək” layihəsinin təqdimatı keçirilib
# 01 dekabr 2008 13:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün “Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və intitusional dəstək” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən dəstəklənən layihənin təqdimat mərasimində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, layihə çərçivəsində universitetlərdə və orta məktəblərdə “Gənclər korrupsiyaya yox deyir!” şüarı altında tədbirlərin keçirilməsi üçün hazırlıqlara başlanılıb. İlk tədbirin dekabrın ilk yarısında dövlət ali məktəblərindən birində keçirilməsi planlaşdırılıb. Tədbirdə gənclərə şəbəkə haqqında, korrupsiya fenomeni, onun yaratdığı problemlər, ölkənin inkişafı üçün hansı təhlükələr meydana çıxarması, ali məktəblərdə korrupsiyaya qarşı mübarizə mexanizmləri barədə məlumat veriləcək.
Layihə çərçivəsində şəbəkənin şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının verilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı monitorinqlər keçirməsi planlaşdırılır.
Ə. Nuriyevin sözlərinə görə, QHT üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Korrupsiyaya qarşı mübarizə sahəsində monitorinq alətləri” mövzusunda seminar da təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR