Bank Of Baku

Bakıda Gənclərin Reproduktiv Sağlamlıq Festivalı keçirilib

Bakıda Gənclərin Reproduktiv Sağlamlıq Festivalı keçirilib
# 01 dekabr 2008 15:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gün Bakıda 1 dekabr - AİDS-ə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Gənclərin Reproduktiv Sağlamlıq Festivalı keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Avropa Komissiyası və BMT-nin Əhali Fondu tərəfindən Cənubi Qafqazda Gənclərin Reproduktiv Sağlamlıq Təşəbbüsü ilə birgə keçirilən festivalda gənc reper və diceylər, modelyerlər öz məharətlərini nümayiş etdiriblər. Festivalın açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, AİDS-ə qarşı mübarizə aparmağın ən təsirli yolu sağlam həyat tərzinin təbliği və idmandır. Nazir ölkənin bütün regionlarında bu məqsədlə Olimpiya kompleksləri və digər idman obyektlərinin tikildiyini söyləyib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndirici Bruno Poueza isə bəyan edib ki, AİDS-ə qarşı ən təsirli vasitə xəstəliklə bağlı bütün məlumatların gənclərə çatdırılmasıdır: “Düzgün və etibarlı informasiya AİDS-ə qarşı mübarizənin tərkib hissəsidir. Gənclərin Reproduktiv Sağlamlıq Festivalının məqsədi gənc könüllülər tərəfindən AİDS-in törətdiyi fəsadları ictimaiyyətə çatdırmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR