Bank Of Baku

Kərbalayi İsmayılın İğdırdakı məzarı üstündə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək

Kərbalayi İsmayılın İğdırdakı məzarı üstündə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək
# 01 dekabr 2008 15:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Dekabrın 3-də Azərbaycanın Qarsdakı Baş Konsulluğunun binasının açılış mərasimi keçiriləcək. Baş konsul Həsən Zeynalovun APA-ya verdiyi məlumata görə, bərpa olunmuş bina Azərbaycanın mülkiyyətidir. Diplomat həmçinin dekabrın 4-də Kərbalayi İsmayılın İğdırdakı məzarı üstündə ucaldılmış abidənin də açılış mərasiminin keçiriləcəyini söyləyib. Abidə XX əsrin əvvəllərində İrəvan, Vedibasar və digər türk torpaqlarında erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsinə ucaldılıb. Tədbirdə Qars rəhbərliyi və Azərbaycandan gedən nümayəndə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR