Bank Of Baku

Dekabrın 4-də Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu başlayır

Dekabrın 4-də Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu başlayır
# 02 dekabr 2008 09:24 (UTC +04:00)
Bakı – APA. Dekabrın 4-5-də Bakıda Türk dünyasının 8-ci İqtisadiyyat, İnformatika və Mədəniyyət Forumu keçiriləcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyə Nazirlər Kabinetinin xarici ticarət idarəsi və Azərbaycan Dövlət İqtisad Üniversitetinin birgə təşkil etdikləri forumun açılışında Türkiyənin dövlət naziri Kürşad Tüzmən də iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd qloballaşma prosesində dünyada yaranan qlobal və regional birliklərin beynəlxalq iqtisadi, sosial, mədəni və ticari əlaqələrin inkişafına təsirləri nəzərə alınmaqla türk dünyası üçün müvafiq addımlar atmaq, türk respublikaları arasında iqtisadi, mədəni və ticarət əlaqələrinin inkişafına dəstək verməkdir.
Qeyd edək ki, indiyədək keçirilən 7 forumdan üçü Türkiyədə, digərləri isə Azərbaycan, Türkmənistan, Qırğızıstan və Şimali Kiprdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR