Bank Of Baku

İbrahim Heydərov: “Qarabağ müharibəsi əlillərinin mənzil təminatı ilə bağlı problem yaxın illərdə aradan qaldırılacaq

İbrahim Heydərov: “Qarabağ müharibəsi əlillərinin mənzil təminatı ilə bağlı problem yaxın illərdə aradan qaldırılacaq
# 02 dekabr 2008 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Bu il 305 nəfərə yaxın Dağlıq Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. İlin sonuna qədər isə 215 nəfərin yeni mənzil alacağı gözlənilir”. APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov bildirib. Onun sözlərinə görə, son illərdə 1800-ə yaxın əlil və şəhid ailəsi nazirliyin hesabına tikilən mənzillərlə təmin olunub. Kənd rayonlarında yaşayan 250 nəfərə yaxın Qarabağ müharibəsi əlilinin fərdi mənzillərlə təmin olunduğunu deyən İ. Heydərov bildirib ki, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əlillər üçün mənzil tikintisi davam edəcək. Yaxın illərdə isə bu kateqoriya əlillərin mənzil təminatı ilə bağlı problem tamamilə aradan qaldırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR