Bank Of Baku

Əlillərin Bərpa Mərkəzində “Açıq qapı” günləri keçiriləcək

Əlillərin Bərpa Mərkəzində “Açıq qapı” günləri keçiriləcək
# 02 dekabr 2008 10:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 dekabr - Əlillər Günü münasibətilə Əlillərin Bərpa Mərkəzində “Açıq qapı” günləri keçirəcək. APA-nın məlumatına görə, dekabrın 4-nə qədər keçiriləcək aksiya çərçivəsində əlillərlə yanaşı, onların ailə üzvləri və yaxın qohumları da mərkəzə müraciət edə bilərlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası şöbəsinin müdiri Rəfael Novruzov bildirib ki, “Açıq qapı” günləri çərçivəsində 110 nəfərə yaxın əlil və onların qohumları bütün müayinə və müalicə növlərindən istifadə edə bilərlər. Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov isə deyib ki, Bakı şəhərində yaşayan imkansız əlillərə maddi yardım da göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR