Bank Of Baku

Mingəçevirdə Çernobıl əlilləri üçün reabilitasiya mərkəzi tikiləcək

Mingəçevirdə Çernobıl əlilləri üçün reabilitasiya mərkəzi tikiləcək
# 02 dekabr 2008 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Hazırda Azərbaycanın bölgələrində əlillər üçün 12 bərpa mərkəzi fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin rəisi İbrahim Heydərov deyib. O bildirib ki, ilin sonuna qədər Yevlaxda və Xaçmazda 14 çarpayılıq bərpa mərkəzləri istifadəyə veriləcək. Gələn il əlillərin bərpa mərkəzi şəbəkəsinin yaradılacağını, əlillər üçün yaradıcılıq mərkəzinin tikiləcəyini söyləyən idarə rəisi, Mingəçevirdə Çernobıl əlilləri üçün xüsusi reabilitasiya mərkəzinin tikiləcəyini də açıqlayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 7 minə yaxın Çernobıl əlili var. Onlar indiyə qədər müayinədən keçmək üçün Ukraynaya gedirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR