Bank Of Baku

Azərbaycanda Qurban Bayramı ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq

Azərbaycanda Qurban Bayramı ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq
# 02 dekabr 2008 12:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Qurban Bayramı (dekabrın 8-9-da) ilə əlaqədar rayonlara və rayonlardan Bakıya sərnişin axınının artması ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar artırılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, bayramqabağı günlərdə sərnişin qatarlarına qoşulacaq əlavə vaqonların sayı sərnişinlərin sıxlığından asılı olacaq. Vaqonlar bütün yerli istiqamətlərdə hərəkət edən qatarlara qoşulacaq.
Qeyd edək ki, hazırda ölkə daxilində 11 sərnişin qatarı hərəkət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR