Bank Of Baku

Gələn ilin əvvəllərində Azərbaycanda üç seysmik stansiya istifadəyə veriləcək

Gələn ilin əvvəllərində Azərbaycanda üç seysmik stansiya istifadəyə veriləcək
# 02 dekabr 2008 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Gələn ilin əvvəllərində Azərbaycanda üç seysmik stansiya istifadəyə veriləcək. Bu barədə APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, Zaqatala, Kürdəmir və Altıağacda ABŞ-ın “Kinemetrik” şirkətinin rəqəmli və peyk rabitəli stansiyalarının tikilməsi nəzərdə tutulur. Zaqatalada yerləşən seysmik stansiyada artıq tikinti işləri başlayıb, Kürdəmir və Altıağac seysmik stansiyaları ilə bağlı isə sənədləşmə işləri aparılır. Hazırda ölkə ərazisində 14 seysmik stansiyanın olduğunu bildirən mərkəz direktoru bildirib ki, Azərbaycanda daha 6 seysmik stansiyanın tikilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR