Bank Of Baku

Danimarka Qaçqınlar Şurası azərbaycanlı məcburi köçkünlər üçün yeni layihəyə start verib

Danimarka Qaçqınlar Şurası azərbaycanlı məcburi köçkünlər üçün yeni layihəyə start verib
# 02 dekabr 2008 13:04 (UTC +04:00)
Bakı – APA. Danimarka Qaçqınlar Şurası Azərbaycanın Füzuli və Ağdam rayonlarında məskunlaşmış məcburi köçkünlər üçün yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan layihəyə start verib. APA-nın məlumatına görə, “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan layihə “Məcburi köçkünlərin sığınacaq və məşğulluqla təminatı” Dövlət Proqramına uyğun həyata keçirilir. Kiçik və orta sahibkarlığın inkişafının son məqsədi məcburi köçkünlər üçün iş yerləri yaratmaq və onların sabit gəlirə sahib olmasını təmin etməkdir.

Qeyd edək ki, Danimarka Qaçqınlar Şurası “StatilHydro” şirkətinin dəstəyi ilə 2008-ci ildə məcburi köçkünlər üçün 22 kiçik və orta müəssisənin yaradılmasına, 94 köçkünün işlə, onların 376 ailə üzvünün isə əlavə gəlirlə təmin olunmasına nail olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR