Bank Of Baku

Şəmkirdə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş yeni bina istifadəyə verilib

Şəmkirdə Qarabağ əlilləri və şəhid ailələri üçün tikilmiş yeni bina istifadəyə verilib
# 02 dekabr 2008 14:48 (UTC +04:00)
Şəmkir. Nəzakət Məşədiəliqızı - APA. Şəmkirdə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş ikimərtəbəli bina istifadəyə verilib. APA-nın qərb bürosunun məlumatına görə, 16 mənzilli binadakı evlərin yarısı 2, yarısı isə 3 otaqlıdır. Ev sahiblərinə rayon İcra Hakimiyyəti tərəfindən televizor da hədiyyə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüqar Həsənov bildirib ki, 1998-ci ildən indiyədək dövlət proqramı çərçivəsində qeyd edilən kateqoriyadan olan 1600 ailəyə mənzil verilib: “Cari ildə əlillər və şəhid ailələrinə 312 ev verilib, 180-ni isə veriləcək. Bundan başqa, nazirlik Qarabağ əlillərinə pulsuz avtomobillərin paylanmasını da davam etdirir”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayonundakı yerli qurumları üçün inşa edilən yeni inzibati binanın da açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR