Bank Of Baku

“Arıçılıq haqqında” qanun birinci oxunuşda qəbul olunub

“Arıçılıq haqqında” qanun birinci oxunuşda qəbul olunub
# 02 dekabr 2008 15:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında “Arıçılıq haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib. O, qanunun qəbul olunmasından sonra Azərbaycanda arıçılığın inkişaf edəcəyini deyib.

Müzakirələr zamanı çıxış edən Elton Məmmədov Azərbaycanda 130-150 min arı ailəsinin olduğunu bildirib. Deputatın sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda arıçılıq sahəsi primitiv idarə olunur. E. Məmmədov bu sahədə rəqabətin yaradılmasının vacib olduğunu vurğulayıb.

Deputat Həvva Məmmədova isə hər il Azərbaycanda 1700 ton bal istehsal edildiyini, bunun dəfələrlə artırılmasının mümkün olduğunu söyləyib. Millət vəkili ölkədə arıçılıqla bağlı cəmi 22 özəl damazlıq təsərrüfatının olduğunu xatırladıb. Onun fikrincə, Azərbaycanda arıçılığın inkişafı üçün münbit şərait var və bu sahəyə diqqət ayrılmalıdır.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR