Bank Of Baku

Mənzil Məcəlləsi birinci oxunuşda qəbul olunub

Mənzil Məcəlləsi birinci oxunuşda qəbul olunub
# 02 dekabr 2008 15:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə Mənzil Məcəlləsinin layihəsi birinci oxunuşda müzakirə edilərək qəbul olunub. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. Komissiya sədri bildirib ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, əsassız olaraq mənzil hüququndan məhrumetmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsinin zəruriliyinə əsaslanır.

Müzakirələr zamanı çıxış edən deputat Xanhüseyn Kazımlı Azərbaycanda vətəndaşların mənzil hüququnu tənzimləyən xüsusi qanunun qəbul edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Deputat Pənah Hüseyn isə məcəllənin ictimaiyyətin iştirakı ilə geniş şəkildə müzakirəsinə ehtiyac olduğunu söyləyib. Deputat Vasif Əliyev müzakirələrdə memarların və digər mütəxəssislərin iştirakının zəruri olduğunu diqqətə çatdırıb. Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, Milli Məclisdə “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” beynəlxalq Konvensiya layihəsi də qəbul olunub. Bundan başqa, “Notariat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR