“Zəngi” liseyində olimpiya çempionu Elnur Məmmədli ilə görüş keçirilib
03 dekabr 2008 14:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakının Nizami rayonunda yerləşən “Zəngi” liseyində Pekin Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Elnur Məmmədli ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən liseyin direktoru Bayram Heydərov Olimpiya çempionu ilə görüşün liseyin tarixində önəmli hadisələrdən biri olduğunu vurğulayaraq bildirib ki, Pekin Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı, Avropa Cüdo İttifaqı tərəfindən 2008-ci ilin ən güclü cüdoçusu elan edilən Elnur Məmmədli böyük qəhrəmanlıq göstərərək Azərbaycanın bayrağını zirvələrə qaldırıb, xalqımızın adını bir daha bütün dünyada şöhrətləndirib. Pekin Olimpiadasının qızıl mükafatçısı Elnur Məmmədli isə bildirib ki, prezident İlham Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Olimpiya çempionu deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkənin bir çox bölgələrində olimpiya-idman kompleksləri tikilib istifadəyə verilib.
Sosial
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024