Pan Gi Mun: “BMT milli inkişaf cəhdlərini dəstəkləmək üçün hər il 7500 könüllünün əməyindən istifadə edir”
04 dekabr 2008 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin baş katibi Pan Gi Mun 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə builki Beynəlxalq Könüllülər Gününün qidanın və yanacağın qiymətinin qalxması, sürətli iqlim dəyişikliyi və maliyyə bazarlarında çaxnaşma ilə müşayiət olunan çətin bir ilin sonuna təsadüf etdiyi bildirilir: “Bu problemlərlə mübarizədə yardım üçün çoxlu müraciətlər edilib. Lakin könüllülük insanları sülh və inkişafın əldə olunmasına cəlb etmək üçün nadir hallarda kütləvi və qüvvətli bir vasitə kimi qəbul edilir. Bununla belə, BMT-nin Könüllülər Proqramı milli inkişaf cəhdlərini dəstəkləmək üçün hər il 7500-ə yaxın könüllünün əməyindən istifadə edir”.
Baş katib bəyan edib ki, şəraitdən asılı olaraq könüllülük anlayışı dəyişə bilər, lakin “hər bir fərd cəmiyyətin inkişafına öz töhfəsini verə bilər” prinsipi dəyişməz olaraq qalır.
Baş katib bəyan edib ki, şəraitdən asılı olaraq könüllülük anlayışı dəyişə bilər, lakin “hər bir fərd cəmiyyətin inkişafına öz töhfəsini verə bilər” prinsipi dəyişməz olaraq qalır.
Sosial
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB - VİDEO
11:54
4 may 2024
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb
11:48
4 may 2024
Norveçli səyyah: Qarabağda dağıntılardan sonra yaşayış yerlərinin necə sürətlə ucaldığını gördüm
11:46
4 may 2024
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
11:31
4 may 2024