Bank Of Baku

Gələn il Azərbaycanda Sosial Təminat Məcəlləsi hazırlanacaq

Gələn il Azərbaycanda Sosial Təminat Məcəlləsi hazırlanacaq
# 10 dekabr 2008 09:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilk dəfə olaraq, Sosial Təminat Məcəlləsini hazırlayacaq. Bu barədə APA-ya nazirliyin yoxsulluq problemləri, ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov məlumat verib.
N.Qasımovun sözlərinə görə, məcəllənin hazırlanmasına 2009-cu ilin ilk rübündən sonra başlanacaq.
Məcəllədə sosial xidmətlər üzrə müasir standartların hazırlanması, icma əsaslı sosial xidmətin tətbiqi, uşaqların müdafiəsi, alternativ qayğı xidmətlərinin yenidən qurulması və gücləndirilməsi, vahid sosial yardımın gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması və tətbiqi kimi məsələlər əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR