Bank Of Baku

“İRƏLİ” Hərəkatı fəaliyyətini dayandırıb

“İRƏLİ” Hərəkatı fəaliyyətini dayandırıb
# 10 dekabr 2008 09:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətini dayandırıb. Hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı APA-ya açıqlamasında bildirib ki, bu haqda qərar qurumun dekabrın 9-da keçirilən yığıncağında verilib: “Üç il öncə - 2005-ci il avqustun 26-da yaradılan hərəkat Azərbaycan gənclərinin yeni tipli təşkilatı olub, fəaliyyəti boyunca 20 ali məktəbi, 30 regionu əhatə edib, 60-dan çox beynəlxalq şəbəkə və təşkilatla əməkdaşlıq qurub. Qurumun 6 mindən çox üzvü var idi. Hərəkat 3 il ərzində 550-dən çox layihə və aksiya həyata keçirib”.

C. Osmanlı bildirib ki, hərəkat öz məqsədlərinə çatıb və bundan artığına nail olmağın qeyri-mümkünlüyünü dərk edir: “Bu addımımızla həm də siyasi mədəniyyət nümayiş etdirmək istədik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR