Bank Of Baku

Bakıda ünvanlı sosial yardım sisteminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda ünvanlı sosial yardım sisteminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 10 dekabr 2008 09:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Gələn ilin aprelində Bakıda ünvanlı sosial yardım sisteminə həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov məlumat verib.
N.Qasımov bildirib ki, konfransda Dünya Bankının dəstəyi ilə ölkənin 7 min ev təsərrüfatında aparılan monitorinqin yekunları açıqlanacaq. Ünvanlı sosial yardımın mexanizmini qiymətləndirən bu monitorinqin nəticələri gələn ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək. Tədbirdə beynəlxalq ekspertlər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin mütəxəssisləri, ölkənin müvafiq dövlət və qeyri-dövlət qurumları iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR