Bank Of Baku

Qazax rayonunun Qaymaqlı kəndinə təbii qaz verilib

Qazax rayonunun Qaymaqlı kəndinə təbii qaz verilib
# 11 dekabr 2008 00:00 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı –APA. 17 illik fasilədən sonra Qazax rayonunun Qaymaqlı kəndi mavi yanacaqla təmin olunub. Qazax rayon Qaz istismar İdarəsinin rəisi Mahir Qocayevin APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon mərkəzindən 35 kilometr məsafədə yerləşən kənddə 200 abunəçinin mənzilinə qaz sayğacı quraşdırılıb. İlin sonunadək isə 250 abunəçiyə tədricən qaz veriləcək. Onun sözlərinə görə, bununla da Qazax rayonunun 17 kəndi qazla təmin olub. 4 kəndə isə bu ilin sonuna qədər mavi yanacaq veriləcək. Rayonun digər 7 kəndinin sakinləri gələn il təbii qazdan istifadə edə biləcəklər. Qeyd edək ki, Qazax rayonunda ümumilikdə 9800 abonent mavi yanacaqdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR