Bank Of Baku

Bu gündən Azərbaycan ərazisində hava soyumağa başlayır, bəzi yerlərdə qar yağacaq

Bu gündən Azərbaycan ərazisində hava soyumağa başlayır, bəzi yerlərdə qar yağacaq
# 10 dekabr 2008 11:29 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, qeyri-sabit hava şəraiti dekabrın 13-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Havanın temperaturu 4-5 dərəcə düşəcək. Dekabrın 10-da günün ikinci yarısında və 11-də şimal-qərb küləyi əsəcək, dekabrın 10-dan 11-nə keçən gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dekabrın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq, gecə və səhər yarımadanın bəzi yerlərində küləyin sürəti güclənəcək, axşam isə külək mülayimləşəcək. Hava temperaturu gecə 2-5, gündüz 6-8 dərəcə isti olacaq.

Dekabrın 12-də hava dəyişkən buludlu, bəzi yerlərdə yağış yağacağı gözlənilir, şimal küləyi cənubi-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-8 dərəcə isti olacaq. Dekabrın 13-də yarımadanın bəzi yerlərində yağıntı ehtimalı var. Cənub-qərb küləyi axşam yenidən şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 11-dən 13-dək gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Dekabrın 11-də rayonlarda gündüz 5-10, dekabrın 13-də 3-7 dərəcə isti gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR