Bank Of Baku

Bakıda Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul olunmasının 60-cı ildönümü münasibəti ilə dəyirmi masa keçirilib

Bakıda Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul olunmasının 60-cı ildönümü münasibəti ilə dəyirmi masa keçirilib
# 10 dekabr 2008 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda Ombudsman Aparatının, BMT-nin İnkişaf Proqramı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İctimai İnformasiya Departamentinin təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Günü və Ümumdünya İnsan Haqları Bəyannaməsinin qəbul olunmasının 60-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ombudsman Elmira Süleymanova bildirib ki, son illərdə Azərbaycan insan hüquqları sahəsində ciddi uğurlar əldə edib. Ölkə Konstitusiyasının maddələrinin 1/3-nin insan hüquqlarına aid olduğunu xatırladan E. Süleymanovanın sözlərinə görə, son illərdə Azərbaycan insan hüquqları ilə bağlı 240-a qədər beynəlxalq konvensiya imzalayıb. Ombudsman tədbirin sonunda “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqələrin qaliblərini mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR