Bank Of Baku

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı təsis olunub

Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı təsis olunub
# 10 dekabr 2008 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı təsis olunub. APA-nın məlumatına görə, bu məqsədlə yeni QHT-nin Təşkilat Komitəsinin sədri Emin Hüseynov mətbuat konfransı keçirib. Onun sözlərinə görə, yeni təsis olunan İnsan Hüquqları İnstitutu bu vaxta qədər müxtəlif istiqamətlərdə hüquq müdafiəsi sahəsində çalışan gənclərin bir araya gələrək formalaşdırdığı təşkilatdır. E. Hüseynov bildirib ki, təşkilatın təsis toplantısı keçirilib və bu günlərdə dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Təşkilat Komitəsinin sədri insan hüquqlarının qorunması sahəsində Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərlə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib. O, İnsan Hüquqları İnstitutunun ilk addımının Heydər Əliyev Hava Limanında yeni quraşdırılmış skanerlərin götürülməsinə çalışacağını qeyd edib. E. Hüseynovun sözlərinə görə, təhlükəsizlik məqsədi ilə quraşdırılan bu skanerlər insanların çılpaq şəkillərini çəkir ki, bu da insan hüquqlarına ziddir: “Bu avadanlıqlar Avropanın bütün dövlətlərində qadağan olunduğu halda, Azərbaycanda tətbiq olunması yolverilməzdir”. O məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR