Bank Of Baku

Gələn il “Uşaq ili” elan olunacaq

Gələn il “Uşaq ili” elan olunacaq
# 10 dekabr 2008 14:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn ilin “Uşaq ili” elan olunması ilə bağlı Azərbaycan hökumətinə müraciət edib. APA-nın məlumatına görə, bu barədə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. Onun sözlərinə görə, belə təklifin edilməsinə səbəb bütün dünyada uşaq hüquqlarının qorunmasında dövlət siyasətinin həyata keçirilməsinin prioritet elan olunmasıdır. Gələn il qadınların və uşaqların hüquqlarının qorunması ilə bağlı konkret addımlar atılacağını bildirən S. Qəhrəmanovanın sözlərinə görə, icra hakimiyyətlərinin nəzdindəki azyaşlılarla iş üzrə komissiyaların işi də gücləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR