Bank Of Baku

Qadınlar üçün sığınacaq mərkəzlərinin sayı artırılacaq

Qadınlar üçün sığınacaq mərkəzlərinin sayı artırılacaq
# 10 dekabr 2008 14:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn il qadınlar üçün yaradılan sığınacaq mərkəzlərinin sayını artıracaq. APA-nın məlumatına görə, bu barədə komitənin sədr mavini Sədaqət Qəhrəmanova məlumat verib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə bir yerdə həyata keçirilən “Qadınlara qarşı zorakılığın aradan qaldırılması” layihəsi çərçivəsində hazırda Azərbaycanda iki yerdə - Goranboyda və Şüvəlanda sığınacaq mərkəzləri fəaliyyət göstərir. Gələn il isə daha 5 bölgədə sığınacaq mərkəzləri yaradılacaq. Sığınacaq mərkəzlərində zorakılığa məruz qalan qadınlarla yanaşı, uşaqlar və hətta ailədə durumu yaxşı olmayan ata və analar da qala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR