Bank Of Baku

Beynəlxalq Sülh Korpusunun altıncı qrupunun rəsmi andiçmə mərasimi keçirilib

Beynəlxalq Sülh Korpusunun altıncı qrupunun rəsmi andiçmə mərasimi keçirilib
# 10 dekabr 2008 14:57 (UTC +04:00)
Sumqayıt. Viktoriya Dementyeva-APA. Bu gün Sumqayıtda Beynəlxalq Sülh Korpusunun altıncı qrupunun rəsmi andiçmə mərasimi keçirilib. APA-nın məlumatına görə, Nəriman Nərimanov adına Mədəniyyət Evində keçirilən mərasimdə ABŞ-dan olan 61 könüllü iştirak edib. Onlar andiçmə mərasimindən sonra 2 il ərzində təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində yaşayacaqlar. Andiçmə mərasimində Beynəlxalq Sülh Korpusunun Azərbaycandakı proqram rəhbəri Zoltan Siqeti, ABŞ səfirinin müavini Donald Lu, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Zoltan Siqeti bu proqramın 2003-cü ildən həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, könüllülərin ilk qrupu ingilis dili müəllimlərindən ibarət olub, bu il isə proqrama ingilis dili müəllimləri ilə yanaşı biznes və gənclərlə iş üzrə müşavirlər də daxil edilib: “Ötən illər ərzində Beynəlxalq Sülh Korpusunun 340 könüllüsü Azərbaycanda çalışıb. Onların bəziləri Azərbaycanda fəaliyyətini davam etdirir, bəziləri isə buradakı dostları ilə görüşmək üçün tez-tez Azərbaycana gəlirlər”. Zoltan Siqeti bildirib ki, Beynəlxalq Sülh Korpusu Proqramının əsas məqsəd ABŞ-la digər ölkələr arasında mədəniyyət mübadiləsi aparmaqdır. Hazırda Beynəlxalq Sülh Korpusunun bu proqramı dünyanın 76 ölkəsində gerçəkləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR