Bank Of Baku

Arpaçay su anbarının ümumi tutumu artırılır

Arpaçay su anbarının ümumi tutumu artırılır
# 11 dekabr 2008 07:57 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Arpaçay su anbarının ümumi su tutumu artırılır. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Agentliyindən APA-ya verilən məlumata görə, dəryaçada bir sıra avadanlıqların istismar müddətinin bitməsi, bənddə sızmaların qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma və əsaslı bərpa işləri çərçivəsində indiyədək su anbarında qülləli suburaxıcının elektrik avadanlığı və avtomatlaşdırma sistemi yenidən qurulub, suburaxıcı şaxtaya gedən yol təmir edilib.
Məlumata görə, faydalılıq həcmi 140 mln kubmetr olan dəryaçada aparılan əsaslı və yenidənqurma işləri onun maksimal həddə-150 mln kubmetr su ilə doldurulmasına imkan verəcək. Ötən ildən başlayan yenidənqurma işləri nəticəsində isə su anbarında gölün şaxtadan 52 metr dərinlikdə yerləşən dibinə enmək üçün lift quraşdırılıb.
Gölün su sızıntılarını axıtmaq üçün beton kanallar çəkilib, istismar tunelinin sonunda su qəbuledici qurğuda bərpa işləri aparılıb. Su anbarının inzibati binası üçün yeni bina tikilib. Obyektdə yenidənqurma işləri gələn il yekunlaşacaq.
Qeyd edək ki, Arpaçay su anbarı 1977-ci ildə istifadəyə verilib. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektardan artıq əkin sahələrinin suvarılmasında istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR