Bank Of Baku

Azərbaycan prezidenti ehtiyac meyarının yeni həddi haqqında qanunun tətbiqinə dair sərəncam imzalayıb

Azərbaycan prezidenti ehtiyac meyarının yeni həddi haqqında qanunun tətbiqinə dair sərəncam imzalayıb
# 11 dekabr 2008 08:14 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycanda 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, parlamentin bu ilin noyabrın 25-də qəbul etdiyi bu qanunun qüvvəyə minməsi ilə əlaqədar dövlət başçısının sərəncamı ilə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının adı çəkilən qanuna uyğunlaşdırılması barədə təkliflərin hazırlanması və ölkə prezidentinə təqdim edilməsi tapşırılıb. Bununla yanaşı, hökumət öz səlahiyyətləri daxilində qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Xatırladaq ki, «2009-cu il üçün ehtiyac meyarının həddi haqqında» qanuna əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 60 manat səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR